Sionist rejim hərbçiləri 2013-cü ilin əvvəlindən indiyə qədər fələstinlilərə aid yüzlərlə evi dağıdıblar.
Sionist hərbçilər ,cari ilin əvvəlindən fələstinlilərə aid 630-dan çox evi dağıtmaqla ən azı 1035 fələstinli, o cümlədən 526 uşağı ev-eşiksiz qalmasına səbəb olublar.
Bu məlumata görə, sionist rejim 1967-ci ildən və Beytül-Müqəddəsin işğalından indiyə qədər fələstinlilərin 3300-dən yaşayış massivi, tarixi və dini obyektini dağıdıb və işğal olunmuş Qüds şəhərində 15 mindən çox fələstinli ailənin yaşamaq hüququnu tapdalayıb.
Sionist rejim fələstinlilərin mənzillərini dağıtmaqla onları öz ərazilərindən çıxarmaq niyyətindədir. Belə ki, sionist qəsəbələrin salınması ilə Fələstin ərazilərinin əhali tərkibini sionistlərin xeyrinə dəyişmək istəyir.