Bir heyətə başçılıq edərək Türkmənistana səfər edən İran İslam Şurası Məclisinin sədri bildirib ki, ticarət üzrə əməkdaşlıqların genişləndirilməsi, iranlı heyət ilə Türkmənitsan rəsmiləri arasında aparılacaq müzakirələrin əsas predmentini təşkil edir.
Türkmənistan İranla 1200 km su və quru sərhəddə malik olaraq daima İranla dostluq üzəridnə qurulan və genişlənməkdə olan əlaqəyə malikdir.
İran İslam Şurası Məclisinin sədri regiondakı müxtəlfi məsələlər barədə müzakirələrin aparılmasını Türkmənitan rəsmiləri ilə danışıqların digər mehvərlərindən olduğunu bildirərək deyib: İki ölkə arasında beynəlxalq məsələlər barədə ortaq mövqe mövcuddur və biz qarşılıqlı şəkildə beynəlxlaq ictimaiyyətlərədə bir-birimizi dəstəkləyirik.
İran Parlamentinin spikeri qonşu ölkələr arasında İran ilə Türkmənistan arasındakı ticarət əlaqələrinin özəl olduğunu bildirərək deyib: İki ölkə arasında ticarət üzrə balans təxminən 4 milyard dollar həcmindədir lakin bu rəqəm iki ölkə arasında mövcud olan potensialları nəzərə alaraq, daha da inkişaf edə bilər.
İran İslam Şurası Məclisnin sədri parlamentlərarası əməkdaşlıqlara təkan vermənin Türkiyənistana etdiyi səfərin digər məqsədlərindən olduğunu deyərək, Türkmənistan rəsmiləri ilə aparacağaı müzakirələrdə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıqların genişləndirilməsi üçün təsirli addımların atılacağını vurğulayıb.
Laricani Türkmənistana etdiyi 4 günlük səfərində, o ölkənin prezidenti, xarici işlər naziri, parlament sədri və digər rəsmiləri ilə görüş keçirərək, fikir mübadiləsi aparacaq.
Türkmənistan parlamentində və Aşqabad Universitetində çıxış etmək, həmçinin o ölkənin tarixi şəhəri sayılan Mərv-ə səfər etmək İran İslam Şurası Məclisinin sədri və başçılıq etdiyi heyətin digər səfər gündəmini təşkil edir.
İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə və İran Məclisinin 7 üzvü, Laricanini bu səfərdə müşayiət edirlər.