AzərbaycanXƏBƏRLƏR

Azərbaycan ABŞ vətəndaşlarına 5 illik viza verəcək

Azərbaycan Respublikası hökuməti Amerika və Avropa vətəndaşları üçün bir neçə təyinatlı 5 illik vizalar verəcək.

Trend xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi çərşənbə günü bildirib ki, avqustun 1-dən Amerika vətəndaşları üçün veriləcək vizalar 5 illik olacaq.

Azərbaycan Respublikası hökuməti digər ölkələrin vətəndaşları üçün 1 ildən çox müddətə viza vermir.
Yeni qərar müxtəlif növ vizaları o cümlədən təhsil, ticarət, turist və xüsusi vizaları əhatə edir.

Azərbaycan XİN bəyanatında bu işdə məqsədin ölkəyə turistlərin və sərmayə sahiblərinin cəzb olunması bildirilir.

Azərbaycan Respublikası hökumətinin amerikalılar və avropalılar üçün uzunmüddətli vizanın verilməsi qərarı elə bir şəraitdədir ki, Bakı bir neçə ay öncə İran ilə 45 kilometrə kimi sərhəd sakinlərinin vizasız gediş-gəlişini təmin edən müqavilənin vaxtını uzatmaqdan çəkinib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu