DünyaXƏBƏRLƏR

Kövsəri: Parçinə baxış müraciəti qeyri-qanunidir

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvü Parçin hərbi obyektinə baxışın keçirilməsi ilə əlaqədar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müraciətini agentliyin qanunlarından kənar adlandırıb.

İsmayıl Kövsəri Gənc Jurnalistlər klubu ilə müsahibədə əlavə edib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəsmiləri İranın nüvə fəaliyyətlərinin qanuni çərçivədə inkişaf etməsində maraqlı deyillər.  İran parlament rəsmisi söyləyib: Bundan öncə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri Parçin hərbi obyektinə baxış keçiriblər və buna əsasən bu obyektə yenidən baxış qəbul ediləsi deyildir.

AEBA baş direktoru Yukia Amano bazar ertəsi günü “İranla müzakirələrdə inkişafın olduğunu demək olmaz” ifadəsindən istifadə edərək İran İslam Respublikasından istəyib ki, Parçin hərbi obyektinə baxış keçirmək imkanı yaratsın.

İran İslam Respublikası dəfələrlə bildirib ki, Tehranın cənub-şərqində yerləşən Parçin hərbi obyektində nüvə fəaliyyətləri həyata keçirilmir və bu mərkəzdə nüvə fəaliyyətləri barəsində irəli sürülən iddialar doğru deyildir.

İran öz xoşməramlılığını sübuta yetirmək üçün 2004 və 2005-ci illərdə iki dəfə Parçin hərbi obyektinə baxış keçirmək icazəsini AEBA müfəttişlərinə vermişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu