DünyaXƏBƏRLƏR

Kristina Fernandez: Amiya-3 hücumu planlaşdırılır

Argentina Prezidneti Kristina Fernandez de Kreshner deyib: “ Argentina Yəhudiləri Mərkəzi Amiya-ya ehtimali 3-cü hücum, 1994-cü ildəki bomba yerləşdirməsinə baxılması üçün Tehran-Buenos-Ayres arasındakı anlaşmanın müxalifləri tərəfindən həyata keçiriləcəkdir”.

Kreşner bu sözləri Amiya Sədri Gilermo Burgerin sözlərinə reaksiya olaraq bildirib. Burger iddia edibdir ki, yanvar ayında İranla Argentina arasında imzalanan əməkdaşlıq anlaşması “Argentinada 3-cü bomba yerləşdirmək üçün yolu hamarlaşdıracaqdır”.

Kreşner həmçinin deyib: “ Mən nigaranlıqla Burgerin sözlərini mütaliə etdim. Mən cənab Burgerə hörmət edirəm. Amma nə üçün o belə bir dəhşətli hadisə haqda danışmalıdır?”.

Argentina prezidenti sonra deyib: “ Belə olarsa, əgər İranla anlaşmanın imzalanmasına görə bir intihar hücumu baş verərsə, bu hücumun mütəfəkkir beyni və mənəvi və maddi amili kim olacaqdır?”

İranın xarici işlər naziri Əli Əkbər Salehi və onun argentinalı həmkarı Hektor Timerman yanvarın 27-də( 8 bəhmən) 1994-cü ildə Buenos-Ayresdə Amiya Binasındakı partlayış hadisəsinin araşdırılması və bu haqdakı həqiqətlərə aydınlıq gətirilməsi üçün bir anlaşma imzaladılar. Qeyd edilən partlayış nəticəsində 85 nəfər dünyasını dəyişdi. Amiya Argentina-İsrail Müştərək Assosiasiyasının binasıdır.

Sionist İsrail rejimi bu anlaşmanın imzalanmasından bir gün sonra bu anlaşmaya reaksiya verdi. Sionist İsrail rejiminin Xarici İşlər Nazirliyinin sözçüsü Yigal Palmor (9 bəhmən, 28 yanvar) deyib: “ Bu xəbər bizi heyrətləndirdi və Argentina dövlətindən istəyəcəyik ki, əldə edilmiş razılaşmalar haqda bizə ətraflı izahatlar versin. Çünki bu mövzu bilavasitə olaraq İsrail məsələlərinə təsir edir”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu