İranXƏBƏRLƏR

Əhmədinejad: Mokran sahillərində iştirak İranın təhlükəsizlik imkanlarını artırır

İran İslam Respublikası prezidenti deyib: Mokran sahillərində proqramlı iştirak İran İslam Respublikasının təhlükəsizlik imkan və potensiallarını maksimum artırır.

İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bu gün İranın cənub-şərqində Çabəharda “Mokran sahillərinin inkişafı və İran İslam Respublikasının dəniz qüdrətinin güclənməsi” üzrə ilk milli konfransda çıxış edib.

“Yerli, milli və ərazi ehtiyatlara söykənmiş təhlükəsizliyə zərbə vurmaq olmaz” deyən Mahmud Əhmədinejad əlavə edib: Təhlükəsizlik düşüncə, tədbir və İranın milli potensiallarına söykənməlidir.

İranı istisnalı ölkə adlandıran Əhmədinejad bildirib: İran dünyanın ən abadlı və inkişaf etmiş ölkəsi ola bilər və bu məsələnin gerçəkləşməsi strateji, həmrəylik, iş və çalışqanlıq proqramını tələb edir.

Cənab Əhmədinejad İranın tarixi və mədəni baxımdan tanınmış ölkə olduğunu bəyan edərək söyləyib: İran 7 min ildən çox sivilizasiyaya malik yeganə ölkədir və İranı üstün edən xüsusiyyətlər insani və mədəni xüsusiyyətlərdir. Bu xalq həmişə sülh arxasınca olmuşdur.

İranın sərhədlərinin üçdə biri su sərhədidir. Onlardan ən önəmlisi Mokran sahilləridir. Mokran İran İslam Respublikasının cənub-şərq sahillərində yerləşir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu