ÜMUMİ

Kütləvi qırğın silahları olmayan bir dünya İranın prinsipial siyasətidir

İran İslam Respublikasının Kimyəvi Silahlara Qadağa Beynəlxalq Təşkilatındakı nümayəndəsi kütləvi qırğın silahları olmayan bir dünyanı İranın prinsipial siyasəti adlandırıb.
Kazım Qəribabadi Fransada çıxan Lu-Mond qəzeti ilə müsahibədə deyib: Dünyanın xüsusilə də Yaxın Şərqin kütləvi qırğın silahlarından təmizlənməsi İranın prinsipial siyasəti sayılır və İran İslam Respublikası istənilən növ kütləvi qırğın silahlarının məhv edilməsini istəyir.
Qəribabadi Suriyada kimyəvi silahların məhv edilməsi və bu zəmində İranın malik olduğu rol barədə də deyib: İran İslam Respublikası on üç min şəhid və yüz mindən çox kimyəvi əlil ilə kimyəvi silahların ən böyük qurbanı kimi Kimyəvi Silahlara Qadağa Konvensiyasının bütün dünya ölkələrini əhatə edən bir konvensiyaya çevrilməsini istəyir.
İranın Kimyəvi Silahlara Qadağa Beynəlxalq Təşkilatındakı nümayəndəsi sionist rejimin müxtəlif növlü kütləvi qırğın silahlarına malik olduğunu xatırladaraq, deyib: Dünya ictimaiyyəti bu rejimi Kimyəvi Silahlara Qadağa Konvensiyasına qoşulmağa məcbur etmək üçün bütün səyini səfərbər etməlidir.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı