Laricani: Əgər müharibəyə başlayan tərəf olsanız, sonu sizin əlinizdə olmayacaq

İran İslam Şurası Məclisinin sədri deyib: Əgər acınacaqlı sionist rejimi Suriyada fitnə odunu alovlandırmaq həvəsinə düşmüş olarsa, 33 günlük müharibədə olduğundan daha acı nəticə ilə üzləşmiş olacaq.

Əli Laricani bu gün İslam Şurası Məclisinin açıq iclasının əvvəlində deyib: İşarə edilməsi lazım gələn məsələlərdən biri də ötən günlər Suriya ətrafında cərəyan edən regional və beynəlxalq hadisələrdir.

Ə.Laricani əlavə edib: İslam Şurası Məclisi Amerika və Qərbin Suriyaya qarşı tələsik və qeyri qanuni planını pisləməklə yanaşı xəbərdarlıq edir ki, qüdrət ardınca olan bəzi region ölkələrinin dəstəyi ilə Suriyaya qarşı hərbi əməliyyatlara başlaya bilərsiniz. Amma, bu müharibəyə son nöqtə qoyan tərəf siz olmayacaqsınız. Həmçinin, regiondakı qeyri-qanuni övladınız olan sionist rejimin də vəziyyəti ilə bağlı nigaran olmalısınız. Əlbəttə, gələcəkdə terrorçularla taktiki əməkdaşlığın mənfi nəticələri ilə üzləşməli də olacaqsınız.

↑
Mobil sürümden çık