FələstinXƏBƏRLƏR

“Hizbullah” lideri : İsrail rejimi nəinki Fələstin hətta bütün region ölkələri üçün ciddi təhlükədir

“Hizbullah” Müqavimət hərəkatının baş katibi Seyid Həsən Nasrullah “Qüds günü” münasibətilə çıxış edib.

Beyrutda Qüds günü”nü qeyd edən yüzlərlə kütlə qarşısında çıxış edən Seyid Nəsrullah bəyan edib ki, Fələstinin azad edilməsi dünyadakı bütün müsəlmanların ən əsas məqsədləri olmalıdır.

Seyid Həsən Nəsrullah qeyd edib ki, bundan əvvəlki illərdə ABŞ və onun regional müttəfiqləri müsəlmanlar üçün başqa problemlər ortaya çıxararaq onları bu əsas məsələdən yayındırmağa nail olublar. Əfqanıstanda müharibə aparmaqla ABŞ dünya ictimaiyyətinin diqqətini İsrail rejiminin fələstinlilərə qarşı həyata keçirdiyi zülm və zorakılıqlardan yayındıra bilib. O, həmçinin əlavə edib ki, İsrail rejimi nəinki Fələstin hətta bütün region ölkələri üçün ciddi təhlükədir.

“Hizbullah” rəhbəri İslam ümmətini Fələstinlə bağlı daşıdığı məsuliyyəti unutmamağa çağıraraq “Hizbullah”ın əsla Fələstin məsələsini və müqəddəs Qüds şəhərini öz gündəliyindən çıxarmayacağını da əlavə edib: “Biz Amerikaya, İsrailə, İngiltərəyə və onların regiondakı əlaltılarına, bütün düşmənlərimizə və dostlarımıza səslənərək deyirik ki, “Hizbullah” olaraq bizim üçün heç vaxt Fələstinin və Fələstin xalqının problemi öz əhəmiyyətini itirməyəcək “.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu