Suriyanın xarici işlər naziri bu ölkədə baş verən hadisələri Suriya xalqının infrastrukturları və mədəniyyətli yaşayışını dağıtmaq üzrə cəhd adlandıraraq, ölkəsinin bu fitnəkar planlar qarşısında qalib gəlməkdən başqa çarəsinin olmadığını bildirdi.
Suriyanın xarici işlər naziri Vəlid Əl-Müəllim sonra deyib: Suriyadakı hazırkı böhran beynəlxalq və regional tərəflərin fitnəkarlıqlarının nəticəsidir. Onlar çalışırlar ki, özlərinin vasitələrindən istifadə edərək, Suriyanı, iqtisadi, ictimai və təhlükəsizlik baxımından dağıtsınlar.
Vəlid Əl-Müəllim sonra deyib: Bu ölkələr çalışırlar ki, Suriya xalqı və ərəb ümmətini ümumi formada təkfiri müharibələrə vadar etsinlər və onları ərəblərin əsas amalı olan Fələstin mövzusundan uzaq saxlamağa çalışırlar.