İsrail rejiminin xarici işlər naziri Cenevrə anlaşmasını İran İslam Respublikasının diplomatiyası üçün ən yaxşı qələbə adlandırıb.
Sionist rejimin xarici işlər naziri Aviqdor Liberman bu gün İranla 5+1 qrupu arasında Cenevrədə nüvə anlaşmasına reaksiyada deyib: Bu anlaşma İran üçün ən yaxşı diplomatiya qələbəsidir və buna əsasən İran üçün uranın zənginləşdirilməsi rəsmən tanınıb.
Sionist rejimin maliyyə naziri Yair Lapid də deyib: İran və 5+1 qrupunun anlaşması pis anlaşmadır və İranın nüvə fəaliyyətlərinin dayandırılmamasına səbəb olur.
Yair Lapid əlavə edib: İran və 5+1 qrupunun Cenevrədə nüvə anlaşması beynəlxalq ictimaiyyətin nüvə müzakirələrində İsrailin mövqeyini dəstəkləmədiyini göstərir.
Sionist rejimin iqtisad naziri Neftali Bent də deyib: Cenevrə anlaşması İsrailin fikrincə, pis və qəbuledilməz anlaşmadır.