“Hüseyn(ə) südəmərləri” on birinci mərasimi bu gün, məhərrəm ayının ilk cüməsində dünyanın beş qitəsindən olan ölkələrdə və bütün İranda dörd milyon südəmər və onların analarının iştirakı ilə keçirilib.
“Səhər” telekanalı müxbirinin məlumatına görə, bu matəm mərasimində minlərlə südəmər körpə hüseyniyyələr və məscidlərdə Həzrəti İmam Hüseyn(ə)-ın südəmər körpəsinin xatirəsinə Kərbəla çölünün 6 aylıq şəhidi ilə səs-səsə verib və analar öz laylaları ilə Həzrəti Əli Əsğər(ə)-ın anası- Həzrəti Rubabın kədərinə şərik olublar.
Həzrəti Əli Əsğər(ə)-ın şəhadəti Həzrəti İmam Hüseyn(ə)-ın və onun köməkçilərinin məzlumluqlarına bir dəlildir. Həzrəti İmam Hüseyn(ə) onun üçün bir az su istəməkdən ötrü onu başının üzərinə qaldırarkən məlun Hərmələ o məsum körpəni üçşaxəli ox hədəfinə aldı və şəhid etdi.
Məlumatlara əsasən, mərasimin sonunda nəzirnamə qiraət olundu və analar öz körpələrini Sahib Əl-Zaman(əc)-ə nəzir etdilər.