Misir şiələrinin rəsmi sözçüsü bildirib ki, ifratçı sələfilərin əli ilə qətlə yetirilən 4 şiənin qatillərindən qisas alınmalıdır.
Misir Fatimiyyə İnsan Haqları mərkəzinin direktoru və bu ölkə şiələrinin rəsmi sözçüsü Bəhaəddin Ənvər Məhəmməd deyib: Misir şiələri çərşənbə günü Fatimiyyə mərkəzində mətbuat konfransı təşkil edəcək və Zaviyə Əbu Müslim kəndində 4 şiənin vəhşicəsinə qətlə yetirilməsi cinayətinə cavab verəcəklər.
Ənvər Məhəmməd bildirib ki, şiələr namərdliklə üç nəfərlə birlikdə qətlə yetirilən Şeyx Həsən Şəhatənin qatillərindən qisasın alınmasında qətiyyətlidirlər.