“İraq və Şam İslam Dövləti” adlanan terrorçu qruplaşmanın 62 ünsürü İraqın ər-Rəmadi məntəqəsində ordu qüvvələri ilə toqquşmada öldürülüb.
Əl-Məyadin telekanalı həmçinin bu qruplaşmanın 150 üzvünün İraqın Fəllucə şəhərində öldürüldüyünü bildirərək əlavə edib: Fəllucə şəhərinin əl-Həmidə məntəqəsində “İraq və Şam İslam Dövləti” adlanan terrorçu qruplaşmasına bağlı 7 snayper İraq ordusunun əməliyyatı çərçivəsində öldürülüb və 10 nəfər də həbs olunub.
Əl-Ərəbiyyə televiziyası da ər-Rəmadidə bu qruplaşmanın sərkərdəsi Əbdürrəhman əl-Bağdadinin öldürüldüyünü bildirib.
Terrorçu “İraq və Şam İslam Dövləti” qruplaşması Suriyanın İdlib şəhərində bu qruplaşmaya qarşı xalq etiraz aksiyasına doğru atəş açaraq və bir neçə nəfəri qətlə yetirərək bu aksiyanı qanlı aksiyaya çevirib.