DünyaXƏBƏRLƏR

Livan hökuməti istefaya getdi

Siyasi qruplar arasında fikir ayrılıqlarının güclənməsi Livanın baş naziri Nəcib Miqatinin öz nazirlər kabinetinin cümə günü rəsmi şəkildə istefa verdiyini elan etməsinə səbəb olub.

Miqatinin istefası Livan prezidenti Mişel Süleymanın Livan Daxili Təhlükəsizlik İdarəsi rəhbərinin öz vəzifəsində qalması ilə bağlı müddətinin uzadılması və seçkilərə nəzarət komitəsinin təşkil olunması ilə bağlı fikir ayrılıqlarına görə Nazirlər Kabinetinin iclaslarını təxirə salmasından sonra elan olunub.

Nazirlər Kabinetində Hizbullahın nazirlərindən biri Məhəmməd Finş milli və islami qrupların Livan Daxili Təhlükəsizlik İdarəsinin başçısı Əşrəf Rifinin tutduğu vəzifədə qalması ilə bağlı müddətinin uzadılmasına kəskin qarşı çıxdıqlarını bildirib.

Əməl hərəkatının Nazirlər Kabinetindəki nazirlərindən səhiyyə naziri Əli Həsən Xəlil bildirib ki, bu iclasda bütün seçimlər vardır və hətta Nazirlər Kabinetinin istefası ehtimalı da mövcuddur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu