Amerikada çıxan bir qəzet bu ölkənin xəfiyyə orqanının iki zabitinin işdən qovulduğunu bildirib.
Frans Press Vaşinqton Posta istinadən yazıb : Amerikanın xəfiyyə orqanının iki zabiti qeyri-əxlaqi işlərə yol verdikləri üçün işdən qovulublar.
Daxil olan məlumata əsasən, Amerikanın xəfiyyə orqanında onlarla təhlükəsizlik zabitinin sədri olan İqnasiv Zamura 2013-cü ilin yay mövsümünda qeyri-əxlaqi işlərə yol verməkdə günahlandırılıb. O Ağ evin yaxınlığında olan bir oteldə ərli bir qadının otağına soxulmaq istəyirmiş.
Zamura habelə Amerikanın xəfiyyə orqanının digər bir rəsmilərindən olan Timuti Barak Lof ilə bərabər daha bir qadının email ünvanına cinsi fotolar göndərmişlər.
Hazırda bu iki zabit işdən qovulub və onlara qarşı irəli sürülən ittihamlar barədə araşdırma gedir.