Livanın Əl-Minar Telekanalı Livan Ordusu ilə sələfi ifratçı ruhani Şeyx Əhməd Əl-Əsirin silahlı qüvvələri arasında toqquşmaların şiddətlənməsindən xəbər verib.
Əl-Əsir snayperlərinin hücumu habelə onların bir ordu avtomobilinə hücumu ilə bu toqquşmalar şiddətlənib.
İndiyə qədər bu toqquşmalar zamanı Seydada Əl-Əsir tərəfdarları ilə toqquşma zamanı Livan ordusu qüvvələrindən dörd nəfər öldürülüb.
Əbra şəhərində də silahlı ifratçı qüvvələrin ordunun bir yoxlama-buraxılış postuna hücumları nəticəsində ordunun iki zabiti və bir əsgəri həlak olub, bir qrup isə yaralanıb.