İran sərhədləri elektron avadanlıqları ilə idarə olunur
İran islam Respublikası nizam-intizam qüvvələrinin baş komandanı deyib: İran sərhədlərinin qorunması və kamil olaraq kontrol edilməsi üçün elektron avadanlıqlar istifadəyə veriləcək.
General Leytenant İsmail Əhmədi Müqəddəm ötən gün (5 sentyabr) İrna müxbirinə verdiyi müsahibədə deyib: Elektronika avadanlıqlarının istifadəyə verilməsi ilə İranın minlərlə km sərhəd sahələrinin mühafizəsi tam diqqət və yüksək sürətlə həyata keçiriləcək.
İran nizam- intizma qüvvələrinin baş komandanı, həmin layihənin cari il və gələn il ərzində təkmilləşib, istifadəyə veriləcəyini proqnoz edib.
General Əhmədi Müqəddəm İranın şimal qərbində yerləşən Qərbi Azərbaycan Vilayəti sərhədlərininin təhülkəsizliyinin təmin edilməsi haqda isə deyib: 6 il bundan öncə ölkənin qərb sərhədlərinin kontrolu üzrə planartıq icra olunur və hazırda Qərbi Azərbaycan Vilayəti sərhəddləri tam nəzarət altındadır.
O açıqlayıb: Hal-hazırda Qərbi Azərbaycan vilayətinin sərhəddlərində təhlükəli bir məntəqə yoxdur.
İran polisinin rəisi bildirib, bu nailiyyət sərhəd məntətəqələri olan Sərdəşt və Piranşəhr və regionun yüksəkliklərinin İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) qüvvələri tərəfindən terrorçu Pəjak quruplaması qüvvələrindən təmizlənməsindən sonra əldə edilib.
