Həzrət Əba-Əbdullah Hüseyn(ə) və onun vəfalı köməkçiləri üçün ikinci əzadarlıq mərasimi Hüseyn(ə) Tasuası axşamında İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə) hüseyniyəsində keçirilib.
Bu mərasimdə ölkə rəsmiləri ilə yanaşı müxtəlif təbəqədən olan minlərlə nəfər iştirak edib.
Əhl Beyt(ə) məddahları bu mərasimdə İmam Hüseyn(ə) və onun silahdaşlarının müsibətindən danışıblar.
İmam Xomeyni(r.ə) hüseyniyəsində əzadarlıq mərasimləri məhərrəm ayının 11-nə kimi davam edəcək.



