İslam İnqilabının Böyük Rəhbəri “Təbii Sərvətlər” həftəsi və “ağac əkmək” günü və 6 mart astanasında ağac əkiblər.
Böyük İnqilab Rəhbəri Həzrət Ayətullah Əl-Üzma Xamenei çərşənbə günü (5 mart) Tehran şəhərinin yaxın bölgələrinin birində etdiyi çıxışında parkların və ümumi fəzaların yaşıllaşdırılmasında rolu olan kəslərə öz təşəkkürünü bildiriblər.
O həzrət ölkə rəsmiləri və müxtəlif xalq kütlələrindən istəyiblər ki, yaşıllaşdırma işlərinə önəm versinlər eləcə də ölkə və əhali yaşamının bu böyük nemətdən məhrum olmasına mane olsunlar.
Ekologiya məsələsini əhəmiyyətli hesab edən Böyük İnqilab Rəhbəri İrana daxil olan toz-torpaqlar fenomeninə işarə edərək deyiblər: Bu fəsadın aradan qaldırılması üçün dövlətin bütün bölmələri və ümumi səviyyə ahəngdar bir surətdə əməkdaşlıq etməlidirlər.
Həzrət Ayətullah Əl-Üzma Xamenei habelə parkların və digər ümumi məkanların yaşıllaşdırma fəzasının qorunmasında hərtərəfli əməkdaşlığın edilməsinin zəruriliyini vurğulayaraq xatırladıb: “Hər bir iranlı bir ağac əkməlidir” şüarı yaxşı bir şüardır və yaşıl fəzalara təcavüzün edilməsinə imkan verilməməlidir. Eləcə də bu təbii mənbələrin yaşayış massivlərinə çevrilməsinin qarşısı alınmalıdır və bu məsələdən sui-istifadə edənlərlə qanun çərçivəsində rəftar edilməlidir.
