Livanda Press TV müxbirinə anma mərasimi təşkil edildi

Türkiyədə şübhəli bir şəkildə ölən Presstv’nin müxbiri Serena Shim’in xatirəsinə dünən Livanda mərasim təşkil edildi.

Presstv’nin verdiyi xəbərə görə, Livanın paytaxtı Beyrutdakı bir məsciddə dünən xalq, iki uşaq anası Presstv müxbirinin xatirəsinə bir mərasim təşkil, ailəsinə başsağlığı istədilər.

Presstv xəbər otağı müdiri Hamid Rza İmad, Türkiyə hökumətindən mövzuya açıqlıq gətirməsini istəyərkən, Ankara hökuməti indiyə qədər mövzu haqqında dəqiq məlumat vermiş deyil.

Cəsur bir jurnalist olaraq tanınan Serena Sim, Livan, İraq, Türkiyə və Ukraynadan Presstv Üçün xəbər hazırlayırdı.

↑
Mobil sürümden çık