Suriyanın informasiya naziri ölkəsinin terrorçularla hazırkı müharibəsinin Suriyanın beynəlxalq terrorizmlə müharibəsi olduğunu bildirib.
Suriya Xəbər Agentliyinin bu gün şənbə (21 dekabr) verdiyi məlumata əsasən Omran Əl-Zəbi avstriyalı fəllar heyəti ilə görüşü zamanı dünyann 83 ölkəsindən olan terrorçuların Suriyada olmalarına işarə edərək deyib: Suriyaya qarşı müharibə dünyanın müasir dövründəki ən təhlükəli müharibədir. Çünki bütün dünyadan terrorçuların müharibə üçün bir ölkəyə getmələri indiyə qədər heç bir yerdə görünməmişdir.
Ərəbistanın beynəlxalq terrorizmdə birinci dərəcəli məsuliyyət daşıdığını bildirən Əl-Zəbi sonra deyib: Əgər dünya ölkələri terrorçuların Suriyaya axın etmələrinin qarşısını almaq üçün Ərəbistan, Türkiyə, İordaniya və başqa ölkələrə qarşı təzyiq göstərmək üçün hərəkətə keçməsələr bütün dünya ciddi böhranla üzləşəcək.
Omran Əl-Zəbi sonra deyib: Ərəbistan minlərlə terrorçunun Türkiyə və İordaniya torpağından Suriyaya daxil olmalarında əsas amildir.