AsyaDünyaLivanXƏBƏRLƏR

Livanın keçmiş prezidenti Hizbullahı dəstəkləyib

Livanın keçmiş prezidenti Sionist rejim qarşısında Livan Hizbullahını dəstəkləyib.

Livanın keçmiş prezidenti Emil Ləhud cümə gecəsi (23 may) Əl-Minar Telekanalına verdiyi müsahibədə Hizbullaha dəstəyini bir daha bildirərək deyib ki, hansı zamanadək İsrail rejimi vardırsa Müqavimət də olmalıdır.

Emil Ləhud Sionist rejiminin 2000-ci illərdə(Livanın cənub hissəsinin İsrailin işğalından qurtarılması) və 2006-cı il (33 günlük müharibədə) Livan müqaviməti qarşısında məğlubiyyətə uğradığını deyərək, açıqlayıb ki, Müqavimətin silahı Livan xalqı üçün zərurət daşıyır zira bu ölkə daima İsrail rejimi tərəfindən hədələnir.

Livanın keçmiş prezidenti həmçinin Livan ordusunun hərbi təchizatlarının modernləşdiriləməsi sahədə verilən vədlərə gəldikdə dyeib: Əmin olun ki, Qərb hökumətləri Livan ordusuna heç bir silah verməzlər zira onlar daima Sionist İsrail rejimini himayə edirlər.

Emil Ləhud Livan Hizbullahı qüvvələrinin Suriyanı müdafiə etməsini dəstəkləyərək deyib ki, Suriya məsələsində Livan Hizbullahı müdaxilə etməsə idi, düşmənlər və Sionist İsrail rejimi bu fürsətdən sui-istifadə edərək Livanı hücuma mərz qoyardılar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu