Dağıstan prezidenti Suriyada terrorçu qruplaşmalarla birlikdə döyüşən Dağıstan vətəndaşlarının bir qrupunun Suriyada olmalarına işarə edərək, ölkəsinin təhlükəsizlik təşkilatlarının bu haqdakı fəaliyyətlərini sual altına alıb.
Ramazan Əbdül-Lətif deyib: Dağıstanlı gənclərin bir çoxu müharibə üçün Suriyaya gedirlər və terrorçu qruplaşmalara qoşulurlar.
Ölkəsinin təhlükəsizlik təşkilatlarının fəaliyyətlərini tənqid edən Dağıstan prezidenti bu vəziyyətə son verilməsi zərurətinə təkid edib.
Qeyd etmək lazımdır ki, bəzi rus mənbələri Suriyada döyüşməkdə olan 200 dağıstanlının olmasından xəbər vermişdilər. Bu mənbələr bu şəxslərin təhsil və iş hədəfi ilə Suriyaya getdiklərini, amma terrorçu qruplaşmalara qoşulduqlarını bildiriblər.
