DünyaFələstinXƏBƏRLƏR

İsrail zindanlarındakı fələstinli əsirlərin vəziyyəti ağırdır

Nablusda yerləşən “Fələstinli əsirlər klubu” sionist rejim başçılarının bu rejimin əsirliyində olan fələstinli əsirlərin həyatına görə məsuliyyət daşıdıqlarını bildirib.

“Əl-Youm Əl-Sabe” qəzetinin yazdığına görə, Nablusda yerləşən “Fələstinli əsirlər klubu” bazar ertəsi günü bir bəyanat yayaraq, sionist rejim başçılarının 35 yaşlı Xalid Əbu Həmədin həyatına görə məsuliyyət daşıdıqlarını bildirib. Həmin şəxs həbs olunarkən işğalçı hərbçilərin hücum və terroruna məruz qalıb, sonra isə onun sol qolunun barmaqları kəsilibdir.

O, ağır cismani vəziyyətdədir və baxımsızlıq üzündən, onun durumu günbəgün daha da ağırlaşır.

Digər tərəfdən, Fələstinli Əsirlər və Azadələrin İşləri üzrə Nazirliyin vəkili Şirin İraqi bu gün Tulkərm şəhərində yerləşən Sayda kəndinin sakini, hazırda “Hedarim” zindanında saxlanılan olan 31 yaşlı Mötəsim Rədad ilə görüşdən sonra deyib ki, bu əsir xərçəng xəstəliyinə tutulduğu üçün son dərəcə ağır vəziyyətdədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu