AsyaDünyaXƏBƏRLƏR

Laricani: Qərb nüvə müzakirəsində səhvə yol verməsin

Son on il ərzində qərblilərin saxtakarlıqlara yol verməklə İranın nüvə məsələsinin həll edilməsi uğrunda maneçilik törətmələrinin şahidi olmuşuq.

Əli Laricani ötən gecə (cümə axşamı 16 yanvar) əziz İslam peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s)-ın miladinın ildönümü münasibətilə Tehranda keçirilən tədbirdə deyib: Qərblilər iki il bundan öncə, siyasi yollarla bizim nüvə hüququmuzu təmin edəcəkləri bəhanəsi ilə, qədəm-bə-qədəm İranın nüvə fəaliyyətlərini tətiəl ə çəkməyə çalışdılar və onların bu hərəkətləri heç vaxt İran xalqının yaddaşından silinməyəcək.
İslam Şurası Məclisinin sədri Cenevrədə İran ilə 5+1 qrupu arasında əldə edilən anlaşmanı müsbət dəyərləndirərək deyib: Bununla belə hələ də qərblilərin ara-sıra sözlərindən onların bəzi səhvlərə yol vermələri müşahidə edilir ki bu vəziyyətin davam etdəcəyi təqdirdə qətiyyən İranın reaksiyası ilə qarşılaşacaqlar.
Laricani açıqlayıb: İran bundan öncədə daima əldə edilən anlaşmalara sadiq qalıb lakin qərbli tərəf İran xalqının hüququnu tanımaqdan çəkinmişdir.
Laricani həmçinin deyib: Tam xoşbəxtliklə bəzi Avropa rəhbərləri hazırda etiraf edirlər ki, keçmişdə öz öhdəliklərinin yerinə yetirilməsində sadiq olsaydılar öncəki illərdə İran ilə davamlı bir anlaşmanın əlde edilməsinə nail ola bilərdilər.
İran İslam Şurası Məclisinin sədri bildirib: İslamı quruluş sülhməqsədli nüvə texnologiyasından vaz keçməyəcək buna əsasən, qərbli tərəf müzakirə yolu ilə İran xalqının hüququnun pozulması barədə səhv etməməlidir.
Laricani həmçinin bəzi region ölkələrinin çoxlu maddi imkanlara və obyektlərə malik olduqları halda müstəqil olmadıqlarını deyərək bildirib: Onların əksinə olaraq İran İslam Respublikası xalq bazasına malik olduğu üçün ABŞ və Qərbin eksponsionist siyasətləri qarşısında dayanaraq regionda islamı onyanışın baş verməsinə səbəb olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu