DünyaİranXƏBƏRLƏR

Həzrət Fatimənin (s.ə) şəhadətinin ildönümü matəm mərasimləri

İran İslam Respublikası islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.) əziz qızı Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümü günündə matəm saxlayır.

Əhli-Beyt (ə) aşiqləri məscid və təkyələrdə matəm mərasimləri keçirərək Həzrət Fatimənin (s.ə) şəhadətində göz yaşı axıdıb və sinə vurublar.

Matəm proqramları ötən gecədən Qum əhalisi və Həzrət Məsumənin (s.ə) zəvvarlarının iştirakı ilə bu ziyarətgahda başlayıb və moizəçilər o əziz xanımın dəyərli həyatının bəzi detallarını açıqlayıblar.

Təqlid mərcələrinin evlərində və İslam İnqilabının Böyük Rəhbərinin ofisində də bununla əlaqədar mərasimlər Qum əhalisi və zəvvarların geniş iştirakı ilə keçirilib.

Qumda yaşayan xarici müsəlmanlar da matəm mərasimləri keçirərək o əziz xanıma öz maraq və sevgilərini nümayiş etdiriblər.

Şiələrin 8-ci imamı Həzrət İmam Rzanın (ə) pak ziyarətgahı da İslami İranda milyonlarla zəvvara üzünü açıb və matəm saxlayır.

Peyğəmbər ailəsinin aşiqləri bu pak ziyarətgahda vəsf olunmayacaq iştirakla Həzrət Zəhranın (s.ə) şəhadətində matəm saxlayır və ağlar gözlə ona təvəssül edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu