DünyaXƏBƏRLƏR

Londonda antimüharibə aksiyası keçirilib

Londonda minlərlə nəfərin iştirakı ilə Suriyada müharibə əleyhinə aksiya keçirilib.

Müharibəyə qarşı çıxan minlərlə ingilis etirazçı aksiya keçirərək, bu ölkənin baş nazirinin ofisinə gedib çıxan əsas yolu bağlayıbdır. İngiltərədə antimüharibə koalisiyası bu ölkədə aksiya keçirmək üçün çağırış vermişdi. Bu koalisiyanın çağırışında belə deyilirdi: İngiltərə, Fransa və Amerika başqa bir faciəli hərbi müdaxiləyə başlamaqdadırlar və Suriyaya qarşı hər cür hərbi hücum bu ölkədə və regiondakı durumu daha da böhranlı edəcəkdir. Amerika və İngiltərədə aparılmış rəy sorğuları göstərir ki, bu iki ölkə xalqlarının böyük əksəriyyəti Suriyada hərbi əməliyyatla müxalifdir. Qərblilər ötən bir neçə gündə Suriya hökuməti əleyhinə geniş fəaliyyətlərə başlayıblar və Dəməşq ətrafında kimyəvi silahlardan istifadə bəhanəsi ilə Suriyaya hərbi müdaxilədən xəbər veriblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu