AsyaXƏBƏRLƏR

Rusiya və Ermənistan rəsmiləri təhlükəsizlik əməkdaşlıqları haqda müzakirə ediblər.

Ermənistan prezidentinin mətbuat xidməti bazar günü bu ölkə prezidenti Serj Sarkisiyan və Rusiyanın Milli Təhlükəsizlik Ali Şurasının katibi Nikolay Petroşevin müzakirələr həyata keçirmələri haqda məlumat verib.

Rusiya və Ermənistan regionda bir-birlərinin strateji müttəfiqlərindəndirlər. Nikolay Petroşev bazar günü Rusiyanın Milli Təhlükəsizlik Ali Şurasının bir heyətinə sədrlik edərək, üç günlük rəsmi səfər məqsədilə Ermənistan paytaxtı İrəvana daxil olub. Bir Ermənistan rəsmisi iki tərəfin regional mövzular, iki ölkənin qarşısında duran problemlər və Qarabağ Münaqişəsinin həlli mərhələləri haqda müzakirə etdiklərini bildirib. Sərkisiyan və Petroşev həmçinin Ermənistanın Türkiyə ilə sərhədində təhlükəsizliyin gücləndirilməsi haqda müzakirə aparıblar. İtartas Xəbər Agentliyinin İrəvandan verdiyi məlumata əsasən Petroşevin Rusiya ordusunun Ermənistan sərhədində yerləşən bazasına baxış keçirməsi də qərara alınıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu