SuriyaXƏBƏRLƏR

Məaz əl-Xətib istefa verdi

Əhməd Məaz əl-Xətib Suriya Müxaliflər Koalisiyası rəhbərliyindən istefa verib.

Ərəb ölkələri xarici işlər nazirləri də Doha iclasının başlanğıcında Suriyanın Ərəb Liqasındakı yerini müxaliflərə tapşırıblar.

Əl-Aləm telekanalının məlumatına görə, Suriya Müxaliflər Koalisiyası rəhbəri Əhməd Məaz əl-Xətibin bu koalisiyadan istefa verməsinin səbəbi məsələlərin qırmızı xəttə çatmasıdır.

Əhməd Məaz əl-Xətib əlavə edib ki, azad şəkildə əməl etmək üçün istefa verib.

Əl-Xətib etiraf edib ki, bir çox beynəlxalq və regional tərəflər Suriyanı öz tərəflərinə çəkməyə çalışdılar. Bu tərəflər baş əyən şəxsləri himayə edirlər. Lakin onlara qarşı çıxan ac qalır və mühasirə olunur.

Suriya milli danışıqları iclasında iştirak edən suriyalı tərəflər Suriyada silahlı mübarizə və kobudluqlara son qoyulması və əldə olunan razılıqların izlənilməsi üçün komitənin təşkil olunması barəsində bəyanat vermişdilər.

Ərəb ölkələri xarici işlər nazirləri Doha iclasının başlanğıcında Suriyanın Ərəb Liqasındakı yerini müxaliflərə tapşırıblar.

Qətər  paytaxtında keçirilən Ərəb Liqası xarici işlər nazirlərinin iclasında bu liqanın yüksək səviyyəli nümayəndə və məsul şəxsləri bu  iclaslara rəhbərliyi İraqdan alıb və Qətərə təhvil veriblər.

Ölkəsi ötən dövrün rəhbərliyini edən İraqın xarici işlər naziri Huşyar Zibari bu dövr rəhbərliyi Qətər xarici işlər naziri Həməd Bin Casimə təhvil verib.

Zibari İraqın bir ölkənin yerinin həmin ölkənin müxaliflərinə verilməsinə qarşı olduğuna toxunaraq deyib: Bağdad Suriya xalqının bütün tələblərini dəstəkləyir və Suriyadakı istənilən xarici müdaxiləni pisləyir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu