Məhəmməd əl-Bəradei bu gün Misirin müvəqqəti prezidenti Ədli Mənsur qarşısında prezidentin beynəlxalq məsələlər üzrə müavini olaraq and içib.
Mənsur ötən çərşənbə axşamı günü əl-Bəradeini prezidentin müavini olaraq seçmişdi. Misir prezidentinin müavini 1997-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru seçilib və 2009-cu ilə qədər bu vəzifədə çalışıb.
Belə bir halda qeyd edək ki, Müsəlman Qardaşları hərəkatının tanınmış şəxsiyyətlərindən biri qrupu, o cümlədən mühəndislər, müəllimlər və həkimlər bu gün Qahirənin Ramsis meydanında yerləşən əl-Fəth məscidindən Misir Mühəndislər Birliyinin binasına doğru yürüş keçirib və Misirin kənarlaşdırılmış prezidenti Məhəmməd Mursinin iqtidara qayıtmasını istəyiblər.
Bu aksiyada həmçinin aksiyaçılara qarşı repressiv hərəkətlər pislənilib və ölkənin konstitusiyasının legitimliyinə hörmətlə yanaşılmasının zəruriliyi vurğulanıb.
Məhəmməd Mursinin prezidentlikdən kənarlaşdırılmasının ardınca, Misir təxminən hər gün Mursi tərəfdarlarının aksiyalarının şahididir.
