Məhəmməd Əli Nəcəfi Mədəni İrs Təşkilatının rəhbəri oldu

Məhəmməd Əli Nəcəfi prezidentin müavini və İran Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri vəzifəsinə təyin olunub.

İRNA-nın məlumatına görə, prezidentin media məsələləri üzrə müşaviri Məhəmməd Rza Sadiq bildirib: İran İslam Respublikası prezidenti Həsən Ruhani bir fərman imzalayaraq Məhəmməd Əli Nəcəfini prezidentin müavini və Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri vəzifəsinə təyin edib.

Məhəmməd Əli Nəcəfi 11-ci hökumətin təklif etdiyi nazirlərdən idi. Lakin İslam Şurası Məclisinin millət vəkillərinin etimad səsini qazana bilmədi.

↑
Mobil sürümden çık