DünyaXƏBƏRLƏR

Mərakeşdə etiraz hərəkatı davam edir

Bir Mərakeş vətəndaşı bu ölkənin şimalında yerləşən Buğaz şəhəri məhkəməsi tərəfindən onun hüquqlarının tapdanmasına etiraz olaraq, özünü yandırıb.

Mərakeşin Səla şəhəri əhalisindən bir nəfər dünən bu ölkənin şimalında yerləşən Əl-Buğaz şəhəri məhkəmsində özünü yandırıb.

Öz məhkəmə işinə baxılmaq üçün dəfələrlə bu məhkəməyə gedib-gələn həmin şəxs haqqının tapdanmasına etiraz olaraq, gözləmə zalında və digər vətəndaşların gözləri önündə bədəni üzərinə benzin tökərək, özünü yandırıb.

Bu, Mərakeşdə öz haqqının pozulması və məişət durumuna etiraz olaraq törədilən neçənci özünüyandırma halıdır.

Mərakeş ərəb baharı cərəyanında xalq etirazlarının şahidi olan ölkələrdəndir, lakin etirazçılar həmin ölkənin məsul şəxslərinin amansız repressiyaları ilə üzləşdilər ki, bu rəsmilər bir sıra islahat həyata keçirməklə xalqın hiddətini yatırmağa səy göstərdilər; buna baxmayaraq, etiraz hərəkatı hələ də bu ölkədə fəaldır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu