Mərkəzi Afrika Respublikasında Antibalaka yaraqlıları İslam dininə qarşı hörmətsizliklərinin davamında bu ölkənin məscidlərini gecə klublarına və spiritli içkilər məkanına çeviriblər.
İslami-Fransız internet portalları bu xəbəri bildirərək, belə məlumata veriblər: Antibalaka yaraqlıları Mərkəzi Afrika müsəlmanlarının evlərini qarət etdikdən sonra onların bəzilərinin evlərini həmçinin bu ölkə məscidlərini spiritli içkilər, gecə klubları və pozğunluq mərkəzlərinə çeviriblər.
Bu internet portallarının verdikləri məlumata əsasən paytaxt Banqidə müsəlmanların qırğın edilmələri və onların bu şəhərdən çıxarılmalarından sonra bu ölkə müsəlmanları öz canlarını xilas etmək üçün öz evlərini tərk etməyə məcbur olaraq, didərgin düşüblər.
Antibalaka yaraqlıları bəzi ölkələrin himayəsi ilə müsəlmanların qətliam edilməsi və onların Mərkəzi Afrikadakı məscidlərinin dağıdılması üçün heç bir hərəkətdən çəkinmirlər.