AsyaDünyaİranXƏBƏRLƏR

Tehran tələbələri AB-nin anti-iran qətnaməsinə etiraz ediblər

Tehran universitetləri tələbələrinin koordinasiya şurasının katibi tələblərin Avropa Birliyinin anti-iran qətnaməsinə etiraz əlaməti olaraq Yunanıstan səfirliyi qarşısında sabah (çərşənbə axşamı 8 aprel) aksiya keçirəcəklərindən xəbər verib.

Tehran universitetləri tələbələrinin koordinasiya şurasının katibi Məhəmməd Səid Sərəfraz, Mehr İnformasiya Agentliyi ilə müsahibədə deyib: Tehran universitetləri tələbələri Avropa İttifaqının İran xalqının mentalitetini və istiqlaliyyətini sual altında alan və İslam Respublikasının müqəddəs quruluşunu hakimliyinə qarşı olan anti-iran qətnaməsinə etiraz əlaməti olaraq aksiya keçirirlər.
Sərəfraz deyib: Tehran universitetləri tələbələri bütün tələblərdən, elitlərdən və Tehranın şəhidpərvər xalqından aksiyaya qatılmasını tələb edib.
İran xarici işlər naziri Avropa İttifaqının anti-iran qətnaməsinə reaksiya olaraq, Avropa İttifaqının dövri sədrliyini öhdəsinə götürən Yunanıstanın Tehrandakı səfirini çağritdirib.
Avropa Birliyi ötən cümə axşamı günü anti-iran qətnamənin ilk mətnində, təkrar bir ssenarı olaraq İranı növbəti dəfə insan haqlarını pozmaqda ittihamlandırıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu