Məscidlərin bağlı qapıları önündə namaza dəvət

Misirdə dövlət çevrilişi ilə müxalif olan din alimləri bu ölkə müsəlmanlarını məscidlərin bağlı qapıları önündə təşkil ediləcək cümə namazında iştiraka dəvət ediblər.

Çevrilişə Qarşı Alimlər Cəbhəsi bir bəyanat yayaraq, Misirin Vəqflər Nazirliyinin məscidlərin fəaliyyətinin dayandırılması və imam camaatların namaz vaxtı çıxış etmələrinin qadağan edilməsi üzrə qərarına işarə edərək, Misir müsəlmanlarından istəyib ki, bu gün cümə, məscidlərin bağlı qapıları önündə qılınacaq namazlarda iştirak etsinlər.
Bu bəyanatda Misirin Vəqflər Nazirliyinin məscidlərin fəaliyyətlərinin dayandırılması və 55 min imam camaatın namaz vaxtı xütbə oxumasının qadağan edilməsi ilə bağlı qərarı “İslam, məscidlər, alimlər və İslam şəriətinə qarşı savaş” və Misir tarixində analoqu olmayan bir hərəkət adlandırılıb.
Misirin Vəqflər Nazirliyi son günlər 50 mindən çox xətibin xətiblik lisenziyasını ləğv və minlərlə məsciddə cümə namazının qılınmasını qadağan edib. Bu məsələ ciddi etirazlara səbəb olub.

↑
Exit mobile version