AfrikaXƏBƏRLƏR

Misir əl-Əzhər Universiteti etirazçıların kafir adlandırılmasını qəbul etməyib

Misirin əl-Əzhər Universiteti etirazçıların kafir adlandırılması ilə əlaqədar ifratçı sələfi qruplaşmasına bağlı bəzi şeyxlərin fitvalarını rədd edib.

Bəzi ifratçı sələfi şeyxlər tərəfindən Misir prezidentinə etiraz edənlər və aksiyaçıların kafir adlandırılması ilə bağlı fitvaların ardınca, Misirin əl-Əzhər Universiteti belə fitvalarla müxalif olduğunu elan edib.

Əl-Əzhər bildirib ki, hakimə qarşı çıxmaq şəri baxımdan düzgündür və iman və yaxud küfrlə əlaqəsi yoxdur.

Əl-Əzhərin bəyanatında fitnə, zorakılıq, müxaliflərin kafir adlandırılması və ittiham olunması barəsində xalq həmrəylik, birlik və sayıqlığa dəvət olunaraq bildirilir: Bu kafir adlandırma fitvaları İslamın həqiqi yolundan çıxan azğın cərəyanlar tərəfindən verilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu