Çində selə nəzarət üzrə məsul şəxslər bildiriblər ki, ölkənin müxtəlif məntəqələrində sel nəticəsində həlak olanların sayı 157 nəfərə çatıb. İtkin düşənlərin sayı isə 16 nəfər elan olunub.
Selə Nəzarət və Quraqlıq İllərində Yardım Qərargahı bir bəyanat yayaraq, bildirib ki, aramsız yağan yağışlar, tufan və qar sularının əriməsi nəticəsində yaranan sel fəlakəti indiyə kimi ölkənin 26 vilayətində 27 milyon insanın gündəlik həyatını iflic vəziyyətinə salıb.
Çində sel təqribən 4 milyard 530 milyon dollar dəyərində zərər və ziyanlara səbəb olub.