İranın Silahlı Qüvvələrinin Baş Qərargahı 13 aban(4 noyabr) günü ərəfəsində bir bəyanat yayaraq, Beynəlxalq Hegemonçuluqla Milli Mübarizə Günü yürüşlərində “Amerikaya Ölüm” şüarının yenidən uca fəryadla və qüdrətlə səsləndiriləcəyinə təkid edib, Amerikanın hələ də böyük şeytan və İran xalqının birinci dərəcəli düşməni olduğunu bildirib.
İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının 13 aban, 4 noyabr, Beynəlxalq Hegemonçuluqla Milli Mübarizə Günü adlandırılan Amerikanın Tehrandakı səfirliyi yaxud casusluq yuvasının ələ keçirilməsi münasibəti ilə olan bəyanatında sonra belə bildirilib: 13 aban, 4 noyabr günü, üzərində haqqsevər və zülmlə mübarizə aparan iranlıların durmadan mübarizə keçmişi parlayan taleyaradan hadisələri xatırladan günü habelə İran xalqının müqaviməti, möhkəm dayanması və müqəddəs iradəsinin təzahürü günüdür.
Son altı on illikdə Amerika hökmdarlarının cinayətləri və xəyanətləri siyahısını sadalayan habelə Amerika dövləti ilə qarşılaşmada İranın İslam İnqilabı və İslami Quruluşunun heyrətləndirici müqaviməti və möhkəm dayanma üzrə nailiyyətlərini bəyan edən bu bəyanatın davamında sonra belə bildirilir: Bu müqayisənin bir tərəfində beynəlxalq və regional sahələrdə İran xalqının tam güclülüyü və tam üstün mövqeyi habelə Amerika və Qərbin müstəmləkəçi, imperialist və bəşəriyyətə zidd siyasətləri ilə müxalifət və onunla mübarizə üzrə beynəlxalq iradənin formalaşması özünü göstərməkdədir, başqa tərəfdə isə Amerika həmişəkindən daha mənfur formada və özünün ən qaranlıq tarixi nöqtəsində İslam İnqilabı və İslami Quruluşla qarşılaşmada özünün acizlik və çaşbaşlığını görməkdədir.