ABŞ konqresmenləri Azərbaycanı atəşkəsi pozmaqda ittiham etdilər
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ermənistanı atəşkəsi pozmaqda suçlaması bir vaxtda ABŞ konqresmenleri Azərbaycan tərəfini atəşkəsin pozulmasında günahkar sayəblar.
Bu iddia ilə ABŞ konqresmeni Adam Şif çıxış edib. O, Azərbaycanı məsuliyyətsizlikdə günahlandırıb və deyib: “Azərbaycan sülh istəyir və buna görə də cəmiyyəti buna hazırlamalıdır. Biz Azərbaycanın Ramil Səfərov məsələsində göstərdiyi aqressiyaya qarşı ədalət tələb etməliyik. Biz Azərbaycana göstərməliyik ki, buna dözməyəcəyik”.
Amerikalı digər Konqresmen Bred Şerman isə daha da irəli gedərək Azərbaycanın sülh tərəfdarı olmadığını deyib. O, Qarabağın müstəqil dövlət olduğunu iddia edib. Bundan sonra isə Azərbaycanı erməni əsgərini öldürməkdə günahlandırıb.
Digər tərəfdən Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni tərəfinin təxribat xarakterli cəhdlərinin qarşısını almaq və düşməni susdurmaq üçün təmas xəttindəki qoşunlarımızı döyüş hazırlığı vəziyyətinə gətirib!
Azərbaycan Müdafiə Nazirliyi iddia edir ki, azərbaycanlı qüvvələrinin qarşılıqlı hücumları nəticəsində Ermənistanın Tavuş rayonunun üç kəndinin sakinləri öz evlərindən evakuasiya olunublar!