DünyaXƏBƏRLƏR

Amerika Konqresi qarşısında bir nəfər özünü yandırdı

Amerika polisinin bildirdiyinə görə cümə günü bir kişi Konqresin yaxınlığında yerləşən bir məkanda özünü yandırdı.

Bu özünü yandırma hadisəsi bir qadının Konqres önündə polisin atəşi nəticəsində öldürülməsindən bir gün sonra baş verib. Bu kişi Amerika Konqresinin binası qarşısında yerləşən yaşıllıqda özünü yandırıb. Vaşinqton polis idarəsi sözçüsünün bildirdiyinə görə polis qüvvələrinin hadisə məkanına yetişdikləri zaman bu kişi hələ diri olub. Frans-Presin verdiyi məlumata görə bu şəxs vertolyotla qeyd edilən məkandan aparılıb. Bu məlumata görə insan bədəninin kəskin yanma qoxusu konqres qarşısındakı fəzanı bürümüşdü. Bu kişinin taleyi haqda heç bir xəbər yayılmayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu