AsyaDünyaİranXƏBƏRLƏR

İnqilab Rəhbəri bir qrup məhkumun əfvi və cəzasının yüngülləşdirilməsinə razılıq veriblər

İslam İnqilabının Böyük Rəhbəri əziz peyğəmbər Həzrət Məhəmməd (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) səadətli viladəti münasibəti ilə bir qrup məhkumun əfv olunması və cəzasının yüngülləşdirilməsi ilə razılaşıblar.

İslam İnqilabının Böyük Rəhbərinin informasiya portalının məlumatına görə, sonuncu peyğəmbər Həzrət Məhəmməd (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) səadətli viladəti münasibəti ilə İslam İnqilabının Böyük Rəhbəri ictimai və inqilab, Silahlı Qüvvələrin ədliyyə qurumu və hökumət işləri ilə əlaqədar məhkəmələrində mühakimə olunmuş məhkumlardan 878 nəfərinin əfv olunması və cəzasının yüngülləşdirilməsi təklifi ilə razılaşıblar.

İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amili Laricani əziz islam peyğəmbəri Həzrət Məhəmməd (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) səadətli viladəti münasibəti ilə İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı məktubda əlaqədar komissiyada lazımi şəraitə malik olduğu müəyyənləşdirilən məhkumlardan 878 nəfərinin əfvi və cəzasının yüngülləşdirilməsi təklifini verib və bu təklif İslam İnqilabının Böyük Rəhbəri tərəfindən qəbul olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu