Fransa Prezidenti Emmanuel Makron uşaqların süni intellektin zərərli təsirlərindən qorunmasının vacibliyini vurğulayıb. O, “Süni intellekt məsələsində sosial şəbəkələrə sərf etdiyimiz vaxtı itirməməliyik. Süni intellektdən erkən istifadə öyrənmə və başqaları ilə ünsiyyətdə çox dərin pozuntulara səbəb olur” – deyə bildirib.
Makron qeyd edib ki, süni intellekt hər formada hamının istifadəsinə təqdim edilməməli, bu texnologiya əvvəlcədən sertifikatlaşdırılmalı və auditdən keçirilməlidir. O, uşaqlara təqdim edilməzdən əvvəl süni intellekt modellərinin təsdiq almasının zəruri olduğunu vurğulayıb.
