Malayziya təyyarəsinin qalıqlarının axtarılması üzrə təhqiqatlar nəticəsiz qalıb

Malayziya dövlətinin rəsmilərindən biri bildirib ki, itmiş təyyarəni tapmaq üzrə təhqiqatlar hələ bir nəticəyə çatmayıbdır.

Malayziya Mülki Aviasiya Təşkilatının sədri bu gün bildirib ki, şənbə günü itmiş Malayziya hava yollarının 239 sərnişini olan “Being-777” təyyarəsini tapmaq üzrə axtarışlar hələ bir nəticəyə çatmayıb.
O, əlavə edib: Vyetnamın hava qüvvələri bazar günü axşam çağı həmin təyyarənin ehtimal olunan qalıqlarının bu ölkənin cənub sahil sularında tapılmasından xəbər verdi, lakin hələ bu məsələ rəsmi surətdə təsdiqlənməyibdir.
Hal-hazırda və Malayziya sərnişin təyyarəsinin itməsindən keçən üçüncü gündə Malayziya, Sinqapur, Tailand, İndoneziya, Çin, Avstraliya və Amerikadan olan gəmi və təyyarələr məntəqədə patrul keçməkdədirlər.

↑
Mobil sürümden çık