Maliki: Bəzi region ölkələri İraq hökumətinin süqutunu istəyir

İraqın baş naziri ölkədəki gərgin vəziyyətə görə bir sıra xarici ölkənin məsuliyyət daşıdığını deyərək, vurğulayıb: Onlar bildiriblər ki, İraq hökumətini devirmək üçün, İraqa təzyiqlərini artıracaqlar. Amma, bilməlidirlər ki, hökuməti terror aktları və partlayışlarla devirmək olmaz.

Nuri Maliki əl-İraqiyyə telekanalı ilə müsahibədə deyib: Bəzi region ölkələri çalışırlar ki, İraq regionda cərəyan edən hadisələrə təslim olsun. Buna nail olmaq üçün isə geniş və nəhs bir koalisiya təşkil ediblər ki, nümunəsi Türkiyə iclasıdır.

↑
Mobil sürümden çık