İraqın baş naziri sonda ölkənin parçalanması ilə nəticələnəcək tayfalararası və məzhəblərarası savaş haqda xəbərdarlıq edib.
İraq mediaları bildirirlər ki, baş nazir Nuri Maliki dialoq və həmrəylik məqsədilə Bağdadda keçirilən İslam Konfransının açılış mərasimində deyib: Tayfalararası və məzhəblərarası qarşıdurmaların İraqa yenidən qayıtmasının səbəbi bu fitnə odunun Yaxın Şərqdə yenidən alovlanmasıdır.
İraqın baş naziri daha sonra deyib: Tayfalararası savaş işğalçılar və ordular ilə savaşdan da ağırdır.
İraqın müxtəlif məntəqələri, o cümlədən əl-Anbar vilayəti ötən çərşənbə günündən silahlı qüvvələrlə təhlükəsizlik qüvvələri arasında yaranan toqquşmaların şahididir. İndiyə kimi bu toqquşmalarda 5 gün ərzində 200 nəfər həlak olub, 300 nəfər də yaralanıb.