İranın mədəniyyət və islami irşad naziri və xarici ölkələrin Tehrandakı səfirləri və rəsmi nümayəndələrinin iştirakı ilə Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın xatirəsi anılıb.
Mərasimdə Mandelanın Cənubi Afrikada bərabərlik, azadlıq və sülhə yönəlik addımları alqışlanıb.
İranın mədəniyyət və islami irşad naziri Əli Cənnəti bu mərasimdə deyib: Nelson Mandela misilsiz bir şəxsiyyətə malik olub və irqçiliyə qarşı mübarizənin simvolu idi.
O, Mandelanı bütün xalqlar üçün zülmə qarşı mübarizədə nümunə adlandırıb.
İran prezidentinin icra məsələləri üzrə müavini Məhəmməd Şəriətmədari isə İranın Nelson Mandelaya olan hörmət nişanəsi olaraq ona həsr olunmuş xatirə mərasimində iştirak etmək üçün CAR-a səfər edib.
Nelson Mandeladekabrın 5-də, 95 yaşında vəfat etdi. O, aparteid və irqçilik ilə mübarizə yolunda ömrünün 27 ilini zindanda keçirmişdi.
Mandela dekabrın 15-də doğulduğu “Gunu” kəndində və onun öz təbirincə ömrünün ən xoş anlarını yaşadığı doğmə kəndində dəfn olunacaq.
Mandela irqçiliyə qarşı mübarizənin lideri və CAR-ın ilk qaradərili prezidenti idi. O, öz ölkəsində Madiba (Cənubi Afrika Xalqının Babası) adı ilə tanınır. Mandela 1999-cu ildə birinci prezidentlik dövrünün başa çatması ilə xalqın hakimiyyətdə qalması üzrə istəklərinə rəğmən, siyasətdən çəkildiyini elan etdi. Ondan sonrakı illərdə Mandela ictimai və insan haqları sahələrində fəaliyyətlərini davam etdirməyə başladı.
Onun adı 2008-ci ilə kimi Amerikanın terrorçular siyahısında saxlanılıb.
Mandela adı dünyanın 52 terrorçu qruplaşması ilə bir siyahıya salınmış Milli Afrika Konqresinin sədri idi. Bu təşkilat qaradərililərin aparteidə qarşı mübarizələrinə təşkilatçılıq edirdi.
ABŞ Dövlət Departamenti Milli Afrika Konqresinin adını 1980-ci ildə terrorçu qruplaşmalar siyahısına daxil etmişdi.
Mandela 1964-cü ildə təxribatçılıq ittihamı ilə həbs edilərək, 1990-cı ilə kimi həbsdə saxlanıldı. O, azadlığıa çıxdıqdan sonra Cənubi Afrikada keçirilən ilk azad seçkilərdə ölkənin ilk qaradərili prezidenti seçildi.
ABŞ-ın keçmiş prezidenti Corc Buş(ata Buş) Mandelanın adının terrorçular siyahısından çıxarılması üzrə bir layihə imzalayaraq, onun adını ABŞ-ın terrorçular siyahısından çıxartdı. BMT-nin keçmiş baş katibi Koffi Annan Mandelanı demokratiyaya və dövlət orqanlarının iqtidarına böyük əhəmiyyət verən mehriban və ürəyiyanan bir şəxs kimi xarakterizə edib.