Rusiyanın daxili reysində işləyən “Boeing-737” tipli təyyarə bazar günü Tatarıstanın qərbində hava limanına enərkən süqut edib; nəticədə onun bütün əlli sərnişini həyatını itirib.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi bildirib: Moskva hava limanından qalxmış bu təyyarə yerli vaxtla axşam saat yeddi iyirmi beş dəqiqədə Kazan hava limanında süqut edib və ilkin məlumatlara əsasən, bu qəza hadisəsində qırx dörd sərnişin və təyyarənin altı işçisi həyatını itirib.
Rusiya Təhqiqat Komitəsi də bir bəyanatda bildiribdir ki, Tatarıstan hava yolları şirkətinə aid olan bu təyyarə Demedovo hava limanından havaya qalxmışdı ki, Tatarıstanın paytaxtı- Kazanda yerə enərkən uçuş zolağı ilə toqquşaraq, yanğına düçar olub.
