İranXƏBƏRLƏR

MAQATE müfəttişləri Tehrana daxil olublar

İran İslam Respublikası Atom Enerjisi Təşkilatının sözçüsü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin İranın cənubunda yerləşən Bəndərabbas şəhərinin Gəçin mədəninə baxış keçirmək məqsədi ilə Tehrana daxil olmalarından xəbər verib.

Behruz Kəmalvənd deyib: MAQATE müfəttişləri bu gün çərşənbə (28 yanvar) ötən payız fəslində İranla bu qurum arasında əldə edilmiş anlaşma çərçivəsində Tehrana daxil olublar. Və sabah çərşənbə günü Gəçin mədəninə baxış keçirmək üçün Bəndərabbasa səfər edəcəklər.

Baxış keçirmələrin xüsusi standartlara malik olduğunu bildirən Kəmalvənd deyib: İran MAQATE müfəttişlərinin mülahizələrinə riayət etməklə yanaşı yalnız onların ehtiyacları olduğu qədər onlara baxış keçirmə imkanı yaradır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu