Media təhlilçisi: Seçkilər sübut etdi ki, İslam Respublikası dünyada ən yüksək siyasi potensiala malikdir

Media təhlilçisi və İran İslam Respublikası Radio və Televiziya Təşkilatının Xarici Xəbərlər bölməsinin müdiri Həsən Abidini deyib: İran xalqının prezident seçkilərində geniş və misilsiz formada iştirakı sübut etdi ki, İslam Respublikası dünyada ən yüksək siyasi potensiala malikdir.

Həsən Abidini əlavə edib: İranın ətrafında elə ölkələr var ki, onlarda ümumiyyətlə seçki anlayışı mövcud deyil. İranda seçkilər hətta, qərb ölkələri ilə müqayisədə belə gözə çarpacaq dərəcədə yüksəkdir. Amerikada seçkilərdə iştirak səviyyəsi 50%-in altındadır. Bəzi Avropa ölkələrində isə bu rəqəm 40%-ə belə çatmır.
Bu media şərhçisi həmçinin deyib: Qərblilər var gücləri ilə çalışdılar ki, İran xalqını seçkilərdə iştirakdan yayındırsınlar. Amma, İran xalqının 70-75 faizi seçkilərdə iştirak etdi. Bu bir daha sübut edir ki, İran xalqı İslam Respublikası quruluşu ilə ayrılmaz bağlara malikdir. Amerikalılar və müttəfiqləri İran xalqına qarşı “iflic edici” adlandırdıqları sanksiyaları tətbiq etməklə belə təsəvvür edirdilər ki, bu işlə İran xalqını seçkilərdə iştirakdan yayındıra biləcəklər. Amma, xalqın seçkilərdə geniş iştirakı düşmənləri heyrətdə qoydu. Belə ki, hətta, qərb mediaları o cümlədən Röyters, BBC, CNN və onların region ölkələrindəki davamçıları o sıradan əl-Ərəbiyyə dünən etiraf etməyə məcbur oldular ki, İran xalqının seçkilərdəki iştirakı misilsiz olub.
Həsən Abidini İranda seçkilərin xüsusiyyətlərindən birini də bu seçkilərin Qərb üçün proqnoz edilməz olması adlandırıb və deyib: İndi xalqın geniş iştirakı ilə seçkilərdə qələbə çalan prezident müzakirə masasında daha güclü formada zahir olacaq və tam iqtidarla Qərbdən İrana qarşı zalımcasına olan sanksiyaları ləğv etmələrini istəyəcək.

↑
Mobil sürümden çık